Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
Tarix: 07-01-2024 18:06 | Bölmə: Cəmiyyət
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

10 yanvar saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Reyting.az 
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}