20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İnam Kərimov: "Əsaslı məhkəmə-hüquq islahatları aparılır"
Tarix: 08-01-2024 12:08 | Bölmə: Cəmiyyət
İnam Kərimov: "Əsaslı məhkəmə-hüquq islahatları aparılır"

"Son illərdə Azərbaycanda vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində əsaslı məhkəmə-hüquq islahatları aparılır".

Bunu Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, islahatlar məhkəmələrin fəaliyyətinə də töhfəsini verməkdədir: "Məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək məqsədilə mühüm işlər həyata keçirilib".

İ. Kərimov bildirib ki, Azərbaycanda seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır: "Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarə olunmasını təmin etmək məqsədi daşıyır. Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər