20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Həbsxanadakı narkobaron yoxa çıxıb
Tarix: 09-01-2024 09:06 | Bölmə: Cəmiyyət
Həbsxanadakı narkobaron yoxa çıxıb

Ekvadorda “Los Çoneros” bandasının lideri “Fito” ləqəbli Xose Adolfo Macias Villamar saxlanıldığı Quayaquil həbsxanasından yoxa çıxıb.

Reyting.az
xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri qaçdığı güman edilən Villamarın tapılması üçün həbsxana və ətrafında genişmiqyaslı əməliyyat keçirib.

Prezidentin sözçüsü Roberto İzurieta əməliyyatda 3 mindən çox şəxsin iştirak etdiyini bildirib.

Xatırladaq ki, Xose Adolfo Macias Villamar 2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qətl kimi müxtəlif cinayətlərə görə 34 il həbs cəzası alıb. Prezidentliyə namizəd Fernando Villavikenkionun qətlində şübhəli bilinən “Fito” avqust ayında keçirilən böyük əməliyyatla yüksək təhlükəsizliklə qorunan La Roka həbsxanasına köçürülüb. Təşkilatın lideri sentyabrda məhkəmənin qərarı ilə Quayaquil bölgəsindəki həbsxanaya geri göndərilib.

Onu da qeyd edək ki, Villamarın rəhbərlik etdiyi “Los Çoneros” dəstəsi narkotik alveri ilə məşğuldur və ölkədəki əsas həbsxanalara nəzarət edir. İyul ayında ölkənin ən böyük həbsxanası olan Litoralda məhbuslar arasında davadan sonra baş verən iğtişaşda 31 nəfər həyatını itirmişdi. 2021-ci ildən bəri Ekvadorda izdihamlı həbsxanalarda rəqib cinayətkar təşkilatlar arasında baş verən toqquşmalarda 400-dən çox məhbus həyatını itirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər