10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Tarix: 09-01-2024 09:36 | Bölmə: Cəmiyyət
Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a bildirilib ki, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaran qışlaq kənd sakin Emin Vəlixanov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib. O, ümumilikdə zərərçəkmişlərə 4136 manatdan çox zərər vurub.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}