20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş prokuror: “Perinatal Mərkəzdəki hadisə ölkə rəhbərliyinin nəzarətindədir”
Tarix: 09-01-2024 12:38 | Bölmə: Cəmiyyət
Baş prokuror: “Perinatal Mərkəzdəki hadisə ölkə rəhbərliyinin nəzarətindədir”

Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu aydınlaşacaq:

"Cənab Prezident və Birinci Vitse-prezidentin tapşırığı ilə hadisə yerindəyik. Bu iş ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı aidiyyəti maddələrlə cinayət işi başlanıb".

K. Əliyev əlavə edib ki, Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb.

Onun sözlərinə görə, növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib:

“Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Lakin təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər