20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
KTM-ə yerləşdirilən körpələrdən 6-nın vəziyyəti ağırdır
Tarix: 09-01-2024 14:33 | Bölmə: Cəmiyyət
KTM-ə yerləşdirilən körpələrdən 6-nın vəziyyəti ağırdır

Respublika Perinatal Mərkəzindəki yanğından sonra Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinə daxil olmuş 15 körpədən 6-nın vəziyyəti ağırdır.

Reyting.az
xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin uzmanı pediatrı Aysel Qədimova deyib.

Həkim bildirib ki, Kliniki Tibbi Mərkəzə daxil olarkən körpələrdən 8-i reanimasiya, 7-si intensiv nəzarət şöbəsinə yerləşdirilib:

“Onlardan 3-ü hazırda süni tənəffüs aparatında, 3-ü isə CPAP tənəffüs dəstəyindədir. Digər körpələrin də müalicə və müayinəsi davam etdirilir. Onların vəziyyətində ağırlaşma olmayıb”.

Qeyd edilib ki, körələrdən 6-sı qız, 9 oğlandır.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər