14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Güclü külək əsəcək, qar yağacaq - Proqnoz
Tarix: 27-01-2024 13:13 | Bölmə: Cəmiyyət
Güclü külək əsəcək, qar yağacaq

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, havanın temperaturu gecə 1-4°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə yaranacaq, arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}