14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Narkotiklə saxlanılan aktyora cinayət işi açılıb
Tarix: 28-01-2024 10:46 | Bölmə: Cəmiyyət
Narkotiklə saxlanılan aktyora cinayət işi açılıb

Rusiyalı aktyor Anatoli Rudenkoya qarşı narkotiklərin saxlanması və daşınması ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, aktyora üç ilə qədər həbs cəzası verilə bilər.

Xatırladaq ki, “Triqqer” və “Kamenskaya” seriallarının ulduzu yanvarın 17-də Moskvada saxlanılıb. Aktyorun getdiyi avtomobil yol polisi tərəfindən saxlanılıb. Aktyorun üzərindən bir çanta mefedron tapıblar.

Sənətçi iddia edir ki, itini gəzdirərkən küçədə ağ toz tapdığını bildirib. Rudenko heyvanlar üçün zəhər olduğunu düşünərək onu aparmağa qərar verib. O, narkotik maddə olan çantanı alt paltarına yapışdırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}