14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Hərbi qulluqçumuz şəhid olub - (Yenilənib+) - Foto
Tarix: 28-01-2024 16:05 | Bölmə: Cəmiyyət
Hərbi qulluqçumuz şəhid olub - (Yenilənib+)

19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Reyting.az
APA-ya istinadla bildirir ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur. O, MAXE (müddətdən artıq xidmət edən) olub.

Şəhid Hacıəli Qasımovun doğulduğu kənddə dəfn ediləcəyi bildirilir. Bu barədə Tovuz Rayon İcra Hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov məlumat verib.

***

Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçumuzla bağlı məlumat yayıb.

Bildirilir ki, ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

***

Şəhid hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu bu gün Tovuz rayonunun Qaraxanlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}