Türkiyədə ailə dramı: kişi həyat yoldaşını, iki qaynını, qızını və baldızını güllələyib
Tarix: 29-01-2024 20:37 | Bölmə: Cəmiyyət
Türkiyədə ailə dramı: kişi həyat yoldaşını, iki qaynını, qızını və baldızını güllələyib

Türkiyənin Qaziantep şəhərində faciə baş verib.

Reyting.az
-ın məlumatına görə, boşanma mərhələsində olan Xəlil Çağlar həyat yoldaşı Yüksel Çağları, qayınları Mehmet və Ahmet Oymakı öldürüb, 21 yaşlı qızı Nimet Çağları və baldızı Adilə Öyməki ağır yaralayıb.

Hadisə Qaziantepin Nizip mahalının Belkıs məhəlləsində qeydə. Güllələrin hədəfi olan Yüksel Çağlar, qayınları Əhməd və Mehmet Öymək hadisə yerində həyatlarını itirblər, qızı Nimet Çağlar və baldızı Adile Öymək isə ağır yaralanıb.

Sonra Xəlil Çağlar maşını ilə hadisə yerindən qaçıb. Şanlıurfanın rayonunda onu təqib edən polis qruplarından qaça bilməyəcəyini anlayan şübhəli, tapança ilə başına atəş açaraq intihar edib.

Hadisədə şübhəli Xəlil Çağlar da daxil olmaqla ümumilikdə 4 nəfər həyatını itirib, iki nəfər isə xəstəxanaya çatdırılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}