20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qusarlılar qaz istəyir: "Özləri kombili, isti evlərində oturub, kəndlərdəki vəziyyətdən xəbərsizdilər"
Tarix: 30-01-2024 10:22 | Bölmə: Cəmiyyət
Qusarlılar qaz istəyir: "Özləri kombili, isti evlərində oturub, kəndlərdəki vəziyyətdən xəbərsizdilər"

Qusar rayonu, Köhnə Xudat kəndinin yeni salınmış yaşayış massivinə qaz xətti çəkilmir. Sakinlər illərdir qazsız qalıb.

Bu barədə Meydan TV-yə sakinlər məlumat veriblər. Şikayətçilərin sözlərinə görə, təkcə son bir il ərzində sakinlərin imzası ilə “Azəriqaz” İstehsalat Birliyinə 32 məktub ünvanlanıb. Birliyin sosial şəbəkələrdəki hesablarına yazılıb, Qusar Rayon İcra Hakimiyyətinə müraciətlər olunub. İstehsalat Birliyi hər dəfə gələn il ərzində yaşayış massivinin qazlaşdırılacağını vəd edib.

Sakinlərdən Pərviz Məmmədov bildirib ki, illər bir-birini əvəzləyir, istehsalat birliyinin vədi bitmir. Sakinlər soyuq qış aylarında odunun ümidinə qalıblar. Odun bahalaşıb, ağacların kəsilməsinə də icazə verilmir.

“Soyuqdan donuruq, heç olmasa uşaqlara yazıqları gəlsin. Qazandıqlarımızı dərmana xərcləyirik, elektrik enerjisi ilə qızınmaq olmur. Özləri kombili, isti evlərində oturub, kəndlərdəki vəziyyətdən xəbərsizdilər”, – P.Məmmədov deyib.

“Azəriqaz” İstehsalat Birliyinin Tikinti Departamentinin sakinlərə göndərdiyi cavab məktubunda bildirilir ki, Prezidentin 14 aprel 2009-cu il, 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Köhnə Xudat kəndinin yeni salınmış yaşayış massivində fərdi yaşayış evlərinin növbəti illərdə qazlaşdırılması nəzərdə tutulub.

Sakinlərə ötən il göndərilən məktubda isə qeyd edilib ki, qazlaşdırılma İstehsalat Birliyinin maliyyə imkanları daxilində mərhələ ilə davam etdirilir.

2023-cü ildə “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına yeni salınmış yaşayış massivində paylayıcı qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulub. 2023-cü il başa çatsa da, qaz kəmərləri çəkilməyib.

“Azəriqaz” İB-dən Meydan TV-yə bildiriblər ki, həmin əraziyə paylayıcı qaz kəmərlərinin çəkilməsi plandadır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər