Cəsədləri oğurlayıb satan dəstə ifşa olunub
Tarix: 30-01-2024 10:56 | Bölmə: Cəmiyyət
Cəsədləri oğurlayıb satan dəstə ifşa olunub

İspaniyanın Valensiya şəhərində kimsəsiz uşaqların cəsədlərini xəstəxanalardan saxta sənədlərlə oğurlayaraq tibb fakültələrinə satan cinayətkar dəstə aşkar edilib.

Reyting.az
xəbər verir ki, İspaniya Milli Polisinin şəhərdə keçirdiyi əməliyyat zamanı yaşları 41-74 arasında olan 4 kişi İspaniya vətəndaşının cəsədini oğurlayıb satdıqları üçün saxlanılıb.

Açıqlamada cinayətkar dəstənin xəstəxanalarda və ya qocalar evlərində vəfat edən kimsəsizlərin cəsədlərini saxta sənədlər hazırlayaraq qəbul etməsi və sonra meyit kimi istifadə olunmaq üçün tibb fakültələrinə satdığı bildirilib.

İspaniya polisi bildirib ki, 2023-cü ilin əvvəlində vəfat edən bir şəxsin cəsədinin cənazə evi tərəfindən Valensiyadakı xəstəxananın meyitxanasından qeyri-qanuni olaraq çıxarıldıqdan sonra istintaqa başlanılıb.

Qeyd edilir ki, sözügedən cinayətkar dəstə yetim, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyir və onlar öldükdən sonra saxta sənədlərlə cəsədləri götürərək 1200 avroya tibb fakültələrinə satırlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}