Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Tarix: 30-01-2024 11:31 | Bölmə: Cəmiyyət
Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüşüb.

Reyting.az
İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, M.Cabbarov qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edən nazir qaliblərin fərdi inkişaf planlarının müəyyənləşdirilməsi, idarəçilik səriştələrinin artırılması üzrə perspektiv fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib.

F.İsayev və Ə.Qurbanzadə iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, Mentorluq proqramının bu sahədə təcrübənin əldə edilməsində faydalı olacağını qeyd ediblər.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildiriblər.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}