20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib
Tarix: 30-01-2024 13:33 | Bölmə: Cəmiyyət
Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.

Məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar ifadələrində Pentensiar Xidmətdə kiçik rəis və zabit vəzifələrinə düzəlmək üçün Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə pul verdiklərini bildiriblər. Qoşqar Əliyev öz növbəsində pulları vətəndaşlardan aldığını və bunu Tofiq Həsənova verdiyini deyib.

Növbəti məhkəmə prosesi fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər