20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qızılcaya yoluxmuş şəxslə təmasda olanlar karantinə alınmalıdır? - TƏBİB-dən açıqlama
Tarix: 30-01-2024 14:10 | Bölmə: Cəmiyyət
Qızılcaya yoluxmuş şəxslə təmasda olanlar karantinə alınmalıdır? - TƏBİB-dən açıqlama

TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib.

Reyting.az
xəbər verir ki, əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb.

Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər: “Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər".

Məlumat üçün bildirək ki, sosial şəbəkədə qızılcaya yoluxan şəxslə təmasda olanların evdə karantində saxlanılmadıqlarından məktəb, uşaq bağçalarında və digər ictimai yerlərdə xəstəliyi yaymaları barədə fikirlər səsləndirilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər