İmtahandan sonra halı pisləşən tələbə vəfat edib
Tarix: 30-01-2024 16:28 | Bölmə: Cəmiyyət
İmtahandan sonra halı pisləşən tələbə vəfat edib

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir: "Təəssüf hissi ilə bildiririk ki, 30.01.2024-cü il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Nəcəfzadə Xumar Uqab qızı imtahandan sonra halı pisləşib və dünyasını dəyişib. Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Allahdan mərhuma rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}