20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Xanımından Həmid Herisçi ilə bağlı açıqlama: "64 yaşlı adam qızılca keçirir, vəziyyəti kritikdir"
Tarix: 30-01-2024 17:38 | Bölmə: Cəmiyyət
Xanımından Həmid Herisçi ilə bağlı açıqlama: "64 yaşlı adam qızılca keçirir, vəziyyəti kritikdir"

İki gün əvvəl ağır vəziyyətdə hospitəlizə olunan jurnalist Həmid Herisçinin artıq kritik dövrü geri buraxdığı üçün iki günə evə yazılacağı bildirilib.

Reyting.az
“Medicina”ya istinadla xəbər verir ki, yazıçının həyat yoldaşı, jurnalist İlhamiyyə Rza isə xəstənin hələ də orta ağır vəziyyətdə olduğunu açıqlayıb.

“İki gün öncə vəziyyəti stabil ağır deyilən adamın iki günə sağalması şanlı səhiyyəmizin “qələbəsidir”. 64 yaşlı adam qızılca keçirir, "vəziyyəti kritikdir",- deyilir və budur artıq sağalıb. Gerçəklər bundan ibarətdir ki, qızdırma hələ də qalxıb-düşür, qida borusu, ağız boşluğu belə səpdiyindən olmazın əziyyət, ağrı çəkir, oksigen maskasındadır. Ancaq danışanda maskanı çıxarır. Bu durumda olan xəstəni ən azı 1 həftə müalicə etməli deyillər? Burdan infeksionistlərə səslənirəm: iki günə Həmid evdə olacaq, bununla müalicəsi bitdimi? Adam yarımcan olub, onun müalicəsi, bərpası üçün nə etməliyəm? Bu günə qədər edilən müalicələrə görə TƏBİB-ə təşəkkür”.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər