13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NASA kosmosa tonlarla yük göndərib - Foto
Tarix: 31-01-2024 08:34 | Bölmə: Cəmiyyət
NASA kosmosa tonlarla yük göndərib

ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyaya təxminən 4 ton yük göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından “SpaceX”-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılan “Northrop Grumman” şirkətinin NG-20 Cygnus robot təchizat gəmisi, tərkibində elmi-tədqiqat üçün alətlər və avadanlıqlar, ekipaj üçün materiallar və ləvazimatlarla kosmasa uçub.

Buraxılış “Northrop Grumman”-ın Beynəlxalq Kosmik Stansiyaya 20-ci kommersiya tədarük xidmətləri missiyası kimi qeydə alınıb. Falcon 9 raketi NG-20 Cygnus robotik təchizat kosmik gəmisindən ayrıldıqdan sonra yerə qayıdıb.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb