Afiyyədin Cəlilovun adını daşıyan nəvəsi haqqında daha bir açıqlama yayıb
Tarix: 01-02-2024 09:41 | Bölmə: Cəmiyyət
Afiyyədin Cəlilovun adını daşıyan nəvəsi haqqında daha bir açıqlama yayıb

Daxili İşlər Nazirliyi mərhum Afiyyədin Cəlilovun adını daşıyan nəvəsi haqqında daha bir açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, nazirlik yaşlı insanlara qarşı qeyri-etik davranan A.Cəlilovun xəstəxanada olduğunu təkrarlayıb:

"Görüntüləri yayılan A.C-ın sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir. Yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur".

Xatırladaq ki, bundan əvvəl onun xəstəxanaya yerləşdirildiyi deyilsə də, yeniyetmə sosial mediada yeni videolar paylaşmaqla çaşqınlıq yaradıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}