Lerikdə istirahət mərkəzində yanğın olub
Tarix: 01-02-2024 10:06 | Bölmə: Cəmiyyət
Lerikdə istirahət mərkəzində yanğın olub

Lerik rayonunun Sivəkəran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb. Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}