20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Traktorlar Brüsselin küçələrinə çıxarılıb, Aİ-nin sammitinə etiraz edirlər - Foto
Tarix: 01-02-2024 14:35 | Bölmə: Cəmiyyət
Traktorlar Brüsselin küçələrinə çıxarılıb, Aİ-nin sammitinə etiraz edirlər

Fermerlər Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) sammitinə etiraz edirlər. Onlar yüksək vergilər, artan xərclər və ucuz kənd təsərrüfatı idxalı fonunda daha çox yardım almaq tələblərini səsləndirirlər.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Polis bildirir ki, 1000-ə yaxın traktor Brüsselin əsas yollarını bağlayıb. Eyni zamanda fermerlər Avropa Parlamentinə yumurta atıb, binanın yaxınlığında tonqallar yandırıb, atəşfəşanlıq ediblər.

Onlar traktorlardan birinin üzərinə “Torpağı sevirsənsə, onu idarə edənlərə dəstək ol”, - sözləri yazılmış pankart asıblar.

Sammitə gələn Avropa Birliyinə sədrlik edən Belçikanın baş naziri Aleksandr De Kroo fermerlərin şikayətlərinin müzakirə edilməli olduğunu bildirib.



Eyni zamanda, İrlandiyanın baş naziri Leo Varadkar fermerlərin digər əsas tələbi olan Cənubi Amerika ölkələrinin Merkosur qrupu ilə ticarət sazişinin imzalanmasına qarşı çıxan Fransa prezidenti Emmanuel Makronu dəstəkləyib.

Qeyd olunur ki, bundan əvvəl Parisin cənubundakı Rungis bələdiyyəsinin polisi yerli ərzaq bazarına girməyə çalışan fermerlərin etiraz aksiyasının 79 iştirakçısını saxlayıb.

Xatırladaq ki, fermerlərin etirazları bir sıra Avropa ölkələrində keçirilir, lakin ən böyüklərindən biri məhz Fransadadır: bazar ertəsi, yanvarın 29-da etirazçılar ilk dəfə Parisə gedən əsas magistral yolları bağlamağa cəhd ediblər.

Digər ölkələrdə də fermerlər gəlirlərin azalması, enerji və yanacağın qiymətlərinin artmasına etirazlarını bildiriblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər