20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Şadlıq sarayında ustanın ölməsi ilə bağlı cinayət işi açılıb
Tarix: 01-02-2024 14:59 | Bölmə: Cəmiyyət
Şadlıq sarayında ustanın ölməsi ilə bağlı cinayət işi açılıb

Şadlıq sarayında təmir işləri zamanı ustanın yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Reyting.az
Baş Prokurorluğa istinadla xəbər verir ki, yanvarın 29-da paytaxtın Nərimanov rayonunda 1988-ci il təvəllüdlü Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Bəhram Bayramovun qəlibçi usta kimi “Kral” şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər