Məktəb və musiqi kollecinin zirzəmilərindən silah-sursat tapılıb
Tarix: 24-03-2024 11:34 | Bölmə: Cəmiyyət
Məktəb və musiqi kollecinin zirzəmilərindən silah-sursat tapılıb

Xankəndi şəhərində məktəb və musiqi kollecinin zirzəmilərindən silah-sursat aşkar edilib.

DİN-nin mətbuat xidmətindən məlumatına görə, polislərin keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və musiqi kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}