20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ölkənin ən gənc meri müşaviri ilə birlikdə öldürülüb - Foto
Tarix: 25-03-2024 13:44 | Bölmə: Cəmiyyət
Ölkənin ən gənc meri müşaviri ilə birlikdə öldürülüb

Ekvadorun ən gənc meri kimi tanınan 27 yaşlı Brikit Qarsia və onun müşaviri dəhşətli sui-qəsdin qurbanı olub.

Reyting.az
-ın xəbərinə görə, son zamanlar dəstə müharibələrinin baş verdiyi San Visente şəhərinin meri Brikit Qarsia və onun mühafizəçisi Jairo Lorrenin cəsədləri çimərlik yaxınlığında park edilmiş avtomobildə tapılıb.

Təxminən 17 min insanın yaşadığı bölgədə suyun keyfiyyətinin yaxşılaşdırılması, cinayətlə mübarizə kimi vədlərlə vəzifəyə başlayan Qarsianın ölümü böyük kədərə səbəb olub.



Ekvadorun keçmiş lideri Rafael Korrea gənc siyasətçi ilə çəkdirdiyi fotosunu paylaşaraq “Mən darmadağın oldum”,- sözlərini yazıb.

Onu da qeyd edək ki, son zamanlar Ekvadorda siyasətçilərə qarşı hücumlar artdığı halda, korrupsiyaya qarşı mübarizəyə söz verən namizədlərdən biri olan Fernando Villavisensio ötən il seçkilərin birinci turuna 11 gün qalmış hücum nəticəsində dünyasını dəyişib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər