Abşeronda ağır qəza: bir nəfər ölüb, yaralılar var
Tarix: 26-03-2024 19:02 | Bölmə: Cəmiyyət
Abşeronda ağır qəza: bir nəfər ölüb, yaralılar var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hdisə Novxanı yolunda qeydə alınıb.

"VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.

Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}