Moskvada terror törədən şəxslərin yaxınları istintaqa cəlb edilib
Tarix: 26-03-2024 21:10 | Bölmə: Cəmiyyət
Moskvada terror törədən şəxslərin yaxınları istintaqa cəlb edilib

Rusiyadakı “Crocus City Hall”a hücumda təqsirləndirilən şəxslərin yaxınları ilə istintaq tədbirləri aparılır.

Reyting.az
-ın xəbərinə görə, Tacikistanın təhlükəsizlik qüvvələrindəki mənbə “RİA Novosti”yə bildirib ki, Düşənbədə “Crocus City Hall”a hücumda təqsirləndirilən şəxslərin yaxınları ilə istintaq tədbirləri başlayıb.

“İstintaqın gedişi Tacikistan prezidenti Emoməli Rəhmonun nəzarətindədir, o, Düşənbədə “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı istintaqın gedişi ilə bağlı bütün məlumatları gündəlik alır”, - agentliyin həmsöhbəti bildirib.

Mənbə əlavə edib ki, təqsirləndirilən şəxslərin hamısı Rusiyaya getməzdən əvvəl Düşənbə yaxınlığında - Vəhdət, Hisar şəhərləri və Rudəki rayonunda yaşayıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}