20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dəfn zamanı tabutdakı qardaşının qulağını kəsib
Tarix: 26-03-2024 21:31 | Bölmə: Cəmiyyət
Dəfn zamanı tabutdakı qardaşının qulağını kəsib

Avstraliyada baş verən hadisə çoxlarını şoka salıb.

Reyting.az
xəbər verir ki, Jian Zhong Li dəfn edilən qardaşının tabutuna müdaxilə edib. Qardaşının tabutunu açan şəxs onun qulağının bir hissəsini kəsib.

O, ifadəsində başqa seçiminin olmadığını deyərək özünü müdafiə edib.

O, 58 yaşında ağciyər xəstəliyindən vəfat edən qardaşı Jian Ming Li-nin oğlu Cheng Zhang Li-nin həm qeyri-qanuni olduğunu, həm də onu böyüdə bildiyinə şübhə ilə yanaşdığını iddia edib.

Əslində isə Cheng artıq ölən qardaşının mirasına dair iddiası olmayacaq. Sözügedən gözqamaşdırıcı mirasa Sidneyin dəbdəbəli məhəlləsində bir milyon dollarlıq ev də daxildir. Ancaq vəfat edən şəxs qardaşına etibarlı vəsiyyətnamə qoymayıb.

O, bədənə nalayiq şəkildə müdaxilə etməkdə ittiham olunur. İndi o, inanılmaz hərəkətinin arxasındakı motivi ortaya qoyaraq qardaşı oğlunun DNT testini tələb edir. Ancaq onun tələbi rədd olunub. Saxlanılan şəxs deyib ki, DNT üçün qardaşının qulağının yalnız bir hissəsini götürüb.

O, qardaşının dərisindən və ya saçından nümunə götürmək istəyinin dəfn rəhbəri tərəfindən rədd edildiyini və “başqa seçimi olmadığını” deyib. Bildirib ki, qulağı plastik torbaya, sonra şüşə qabda soyuducuya köçürüb.

Amma sonradan Çenqin Jian Ming Li-nin qanuni oğlu olduğu məlum olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər