Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
Tarix: 28-03-2024 13:34 | Bölmə: Cəmiyyət
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib

“Əməkdar hüquqşünas”, Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, baş ədliyyə müşaviri Eldar Əfəndiyev vəfat edib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, 74 yaşlı veteran prokurorun uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, hüquq elmləri namizədi olan E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib. Bundan sonra o, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}