Nazirlikdə kibertəhlükəsizlik və rabitə mərkəzləri yaradılıb
Tarix: 04-04-2024 18:01 | Bölmə: Cəmiyyət
Nazirlikdə kibertəhlükəsizlik və rabitə mərkəzləri yaradılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzinin açılışı olub.

Reyting.az
xəbər verir ki, fövqəladə hallar naziri general-polkonvik Kəmaləddin Heydərov 4 aprel 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışında iştirak edib.

Kibertəhlükəsizlik əməliyyatları mərkəzində Fövqəladə Hallar Nazirliyinin informasiya texnologiyaları infrastrukturunda olan bütün informasiya texnologiyaları avadanlıqlarının təhlükəsizliyi təmin olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}