20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Etirazçılar beynəlxalq hava limanını blokadaya alır
Tarix: 05-04-2024 14:11 | Bölmə: Cəmiyyət
Etirazçılar beynəlxalq hava limanını blokadaya alır

Polşada taksi sürücüləri paytaxt Varşavadakı Frederik Şopen adına beynəlxalq hava limanını blokadaya almağa başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə yerli media etirazçıların təşkilat komitəsinə istinadla məlumat yayıb.

Taksi sürücülərinin bəziləri yol hərəkəti qaydalarını pozmadan hava limanına gedən magistrallarla hərəkət edəcək, bəziləri isə insan zənciri yaradaraq piyada keçidlərində yolları keçərək avtomobillərin hərəkətinə mane olacaqlar.

Taksi sürücülərinin əsas tələbi 22 ildir dəyişməyən və hazırda 1 km gediş üçün 3 zlotı (təxminən 0,75 ABŞ dolları) təşkil edən taksi haqqının artırılması üçün şəhər rəhbərliyi ilə razılıq əldə etməkdir.

Beynəlxalq hava limanının rəhbərliyi taksi sürücülərinin hərəkəti ilə bağlı sərnişinlərinə xəbərdarlıq edib və onlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunub.

Qeyd edək ki, Polşa paytaxtında taksi sürücülərinin sonuncu aksiyası martın 27-də keçirilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər