Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən var - Yenilənib
Tarix: 17-04-2024 10:09 | Bölmə: Cəmiyyət
Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən var

Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Report”a onun həmkarları təsdiq edib.

Bildirilib ki, hadisə paytaxtın 8 Noyabr prospekti ərazisində Gənclik parkının yaxınlığında qeydə alınıb.

Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.

O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

***

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Reyting.az
-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı deyib ki, qəza nəticəsində İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}