23:41 / 04-06-2025
Beş rayonda zəlzələ olub
12:30 / 04-06-2025
Sabah yağış yağacaq
Bərdə, Ağcabədi, Saatlı, Lənkəran və Şabranda yazıb-oxuya bilməyən şagirdlər var
Tarix: 03-06-2025 10:18 | Bölmə: Cəmiyyət
Bərdə, Ağcabədi, Saatlı, Lənkəran və Şabranda yazıb-oxuya bilməyən şagirdlər var

Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

Məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər olub:

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayına gəlincə, Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarının hərəsində 1 nəfər olub(report).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq