Polis hamilə qadını güllələdi
Tarix: 14-05-2019 20:34 | Bölmə: Cəmiyyət
Polis hamilə qadını güllələdi

ABŞ-ın Beytaune şəhərində polis qadını saxlanıldığı zaman güllələyib.

Reyting.az xarici mediaya istinadən bildirir ki, polis əməkdaşlarının diqqətini zabitlərdən birinin əvvəl rastlaşdığı 45 yaşlı qadın cəlb edib.

Məlumata görə, həmin zabit qadının həbsi barədə order olduğunu da bilib. Məhz bu səbəbdən zabit onu saxlamaq qərarına gəlib. Qadın isə bir neçə dəfə hamilə olduğunu qışqırıb.

Polis əməkaşları deyiblər ki, münaqişə iştirakçıları arasında mübarizə gedib. Zabit qadına qarşı elektrik şokundan istifadə etməyə cəhd göstərib. Qadın isə əlindən alaraq polisə qarşı istifadə edib.

Bundan sonra zabit qadına bir neçə dəfə atəş açıb. Ona yardım etmək cəhdləri isə alınmayıb, qadın ölüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}