Təhsil müəssisələrində dəyişiklik olacaq
Tarix: 15-05-2019 08:23 | Bölmə: Cəmiyyət / Xəbərlər
Təhsil müəssisələrində dəyişiklik olacaq

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin gücləndirilməsi üçün yeni bir tələbin qoyulması təklif edilir.

Reyting.az
Trend-ə istinadla xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}