13:04 / 16-09-2024
Sabah yağış yağacaq
"Paraşok"un içində 2 kq heroin gizlədən şəxs tutuldu
Tarix: 01-07-2019 13:46 | Bölmə: Cəmiyyət
"Paraşok"un içində 2 kq heroin gizlədən şəxs tutuldu

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və yoxlama aparılıb.

Komitədən Reyting.az-a verilən məlumata görə, vətəndaşın əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

Nəticədə bir ədəd zənbildəki qarışıq ərzaq yüklərinin yanında olan iki ədəd yuyucu toz qutularının içərisindən gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan bağlamada, ümumi çəkisi 1998,8 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq