22:39 / 18-11-2025
Ukrayna Ordusu ABŞ-nin ATACMS raket sistemləri ilə Rusiyaya zərbə endirib
21:13 / 18-11-2025
Rusiya ordusu Donetsk bölgəsində irəliləyir - Foto
20:50 / 18-11-2025
Finlandiya silah-sursat almaq üçün 1 milyard avro borc götürəcək
20:38 / 18-11-2025
Fidan: Azərbaycan və Ermənistan tarixi fürsətdən istifadə etməlidir
20:25 / 18-11-2025
Zəngilanda Əlaqələndirmə Qərargahının iclas keçirilib - Fotolar (Yenilənib)
19:33 / 18-11-2025
Hikmət Hacıyev Ağbənd-Kəlalə körpüsü ilə bağlı paylaşım edib
18:46 / 18-11-2025
Çin elektromobil bazarında liderdir
18:42 / 18-11-2025
Gizlədilən xəzinə 400 ildən sonra tapılıb
18:39 / 18-11-2025
Çoxsaylı saytların işində problem yaranıb
17:01 / 18-11-2025
Yeni kosmik təyyarənin sınağı uğurlu olub
16:56 / 18-11-2025
Qarabağa köçənlərin sayı artır
16:26 / 18-11-2025
Yer kürəsini sirli bir peyk müşahidə edir
15:56 / 18-11-2025
Vüqar Bayramov: "Sülh sazişinin icrası ilə Cənubi Qafqazda..."
15:22 / 18-11-2025
Yeni ildə əfv olacaq? - Açıqlama
14:25 / 18-11-2025
Xıdırlı kəndinə növbəti köç olub
14:21 / 18-11-2025
Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşüb
14:14 / 18-11-2025
“Mərkəzi Asiya İcması” yaradırlar: Bakıya da dəvət gəlib
14:08 / 18-11-2025
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
14:03 / 18-11-2025
Beynəlxalq axtarışda olan azərbaycanlı Polşada tutulub
13:51 / 18-11-2025
Rusiyada bloqçuları həbs edirlər
13:03 / 18-11-2025
Məşhur aktyora nüfuzlu mükafat verilib
12:55 / 18-11-2025
TƏBİB-lə keçmiş nazirin oğlu arasında sövdələşmə olub - 13 milyon manatlıq
12:44 / 18-11-2025
Yunanıstan və Ukrayna Türkiyəyə qarşı saziş imzalayıblar
12:32 / 18-11-2025
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
12:30 / 18-11-2025
Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verib
12:26 / 18-11-2025
Ukraynanı 7 milyon insan tərk edib
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
18:46 / 15-11-2025
Xalq artisti Yaşar Nurinin qızı dünyasını dəyişib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
13:27 / 14-11-2025
Xocalıya daha iki köç karvanı gedib - (Yenilənib) - Fotolar
Ziyalıların müdafiə etdiyi şəxs Konstitusiya Məhkəməsinin sədrinə müraciət ünvanlayıb
Tarix: 29-07-2019 16:49 | Bölmə: Cəmiyyət

Bir müddət əvvəl Azərbaycanın 35 ziyalısı ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı.
Ziyalılar müraciətlərində məhkəmədə haqsızlıq olduğunu bildirib, Azərbaycan prezidentindən xahiş edirdilər ki, bu haqsızlıqla üzləşən vətəndaşın pozulmuş hüquqlarının bərpasına köməklik göstərsin.
Ziyalıların müdafiə etdiyi Sakin Abdulhüseyin oğlu Ağayev də ölkə başçısına müraciət etmişdi.
Ona qarşı haqsızlıq olduğunu iddia edən vətəndaş daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə açıq məktub ünvanlamışdı.
S. A. Ağayev bu dəfə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət edib.
Reyting.az həmin müraciəti təqdim edir:
Hörmətli Fərhad müəllim!
Bundan əvvəlki müraciətlərimizə əlavə olaraq bir də nəzərinizə çatdırmaq istəyirik ki, mənim və ailə üzvlərimin başına gətirilən zülmlər hələ də davam edir və bizim konstitusiya haqlarımız kobudcasına tapdalanır.
Mənim və həyat yoldaşım tərəfindən Sizə bundan qabaq ünvanladığımız müraciətlərdən bizim ailənin başına gətirilən müsibətlərdən və haqsızlıqlardan xəbəriniz olduğunu bilsəm də, hər ehtimala qarşı bu işə dair bəzi məqamları bir də, qısa da olsa xatırlatdıqdan sonra əsas mətləbə keçmək istəyirəm.
Fikrət İbrahimov adlı bir şəxs etibarımızdan sui-istifadə edərək bizi aldatmaqla həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızının hal-hazırda yaşadığı Qazaxıstan Respublikasındakı əmlakını mənimsəyərək qaçıb Azərbaycanda gizləndiyinə görə həyat yoldaşım ona dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət etmişdir.
Qazaxıstan Respublikasındakı məhkəmə çəkişməsində F. İbrahimov hər bir yolla, yəni yalan ifadələr verərək məhkəməni aldatmaqla, məhkəmə hakimlərini ələ almaqla və öz ləyaqətinə uyğun digər çirkin yollarla cavabdehlikdən qaçmağa çalışsa da, buna nail ola bilməmişdir. Qazaxıstan Respublikasında açıq məhkəmə çəkişməsində Fikrət Vəli oğlu İbrahimovun fırıldaqçılığı sübuta yetirilmiş və onun Rəhimli Vüsalə Mahmud qızına borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilmişdir.
Həyat yoldaşım qanunauyğun şəkildə Ali Məhkəməyə müraciət edərək Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsini xahiş etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Sənan Hacıyev), 10(102)-142/2018 saylı, 27 dekabr 2018-ci il tarixli Qərardadı ilə Rəhimli Vüsalə Mahmud qızının vəsatəti təmin edilməmiş, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edilmişdir.
Digər tərəfdən, F. İbrahimov Qazaxıstan Respublikası Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub Rəhimli Vüsalə Mahmud qızına ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti fırıldaqlara və saxtakarlıqlara əl atmaq qərarına gəlir.
O, nəyin bahasına olursa olsun ilk növbədə bu qanunsuzluqları həyata keçirməyi üzərinə götürən bir məhkəmə hakimi tapmaq qərarına gəlir.
Bu məqsədlə o, həmin vaxt Pirallahı Rayon Məhkəməsində hakimlik edən tanışı Əkrəm Qəhrəmanov ilə cinayət əlaqəsinə girərək mənə və ailə üzvlərimə qarşı tərəflərin heç birinə (yəni nə mənə, nə mənim ailə üzvlərimə, nə də bu fırıldaqçı Fikrət İbrahimovun özünə) aidiyyatı olmayan Pirallahı Rayon Məhkəməsində saxta məhkəmə prosesi açmaq barəsində sövdələşirlər.
İşə məhz Ə. Qəhrəmanovun olduğu Pirallahı Rayon Məhkəməsində baxılmasını əsaslandırmaq üçün Ə. Qəhrəmanov F. İbrahimova cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha bir nəfəri - tanımadığımız Novruzov Abuzər Novruz oğlu adında birini də qoşmağı tövsiyə edir. A. Novruzov iddia ərizəsinə guya “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyinə görə” adı ilə əlavə edilsə də, iddiaçı tərəfindən ona qarşı hər hansı bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Yəni, iddianın İnzibati-iqtisad Məhkəməsinə deyil, məhz Pirallahı Rayon Məhkəməsində baxılması üçün iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilən A. Novruzov da heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş. Sonrakı araşdırmalarda isə A. Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığını Pirallahı Rayon Polis İdarəsinə təqdim etdiyi izahatda da göstərir.
A. Novruzovun heç bu fırıldaqçı F. İbrahimovla da tanışlığının olmaması isə iddia ərizəsinə onun adının məhz hakim Ə. Qəhrəmanovun tövsiyəsi ilə salınması faktı bir daha sübut edir ki, bu da məhkəmə hakimi adını daşıyan birisinin fırıldaqçı ilə cinayət əlaqəsinə girməyi və ona ortaqlıq etməsini təsdiqləyir.
Beləliklə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən İbrahimov Fikrət Vəli oğlunun sifarişi ilə, aidiyyat prinsipini pozaraq iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan saxta «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017-ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı absurd və heç bir məntiqə sığmayan Qətnamə qəbul edir və bununla da o bizim ailənin başına gətiriləcək faciələrin başlanğıcını qoyur!
Bu qətnamədən mən ancaq altı ay sonra təsadüf nəticəsində xəbər tuturam. İş materialları ilə tanış olanda isə bu qanunsuzluqların, haqsızlıqların və saxtakarlıqların “ədalət məhkəməsi hakimi” adlandırılan birisi tərəfindən verilməsinə inana bilmirəm!
Ancaq əfsuslar olsun ki, bu həqiqət imiş. Hüquqşünaslar daxil olmaqla iş materialları ilə tanış olan hər bir kəs, ölkəmizdə hakimlər tərəfindən edilən bir çox ədalətsizliklərlə rastlaşdıqlarını, lakin bu işdə hakim saxtakarlıqları və özbaşınalıqlarının bütün hədləri aşdığını qeyd edirlər.
Yəni, bir fırıldaqçının əlində alətə çevrilmiş və öz şəxsi maraqları naminə hər bir əskikliyə razı olan, bu cür saxtakarlıqlara imza atmaqla qanunları aşkarcasına ayaq altına atan birisi hansı haqla hakim adını daşıya bilir?!
Görəsən, Ə. Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür həyasızcasına tapdalayır? Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər? İddiaçı və cavabdehlərin heç birinin Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı halda Pirallahı Rayon Məhkəməsi bu işi necə icraata qəbul edir? Əgər mübahisə iki hüquqi şəxs arasındadırsa bu işə qanunla İnzibati-iqtisad Məhkəməsində baxılması tələb olunduğu halda, hansı əsasla bu işə Pirallahı Rayon Məhkəməsində baxılır? Məhkəmə tərəfindən aidiyyat prinsipi bu cür açıq-aşkar necə pozula bilər? “İddiaçıya guya cavabdehin telefon nömrəsini verdiyi üçün” iddia ərizəsində cavabdeh qismində göstərilmiş A. Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı RPİ verdiyi izahatı ortalıqda olduğu halda niyə bu saxtakarlıqlara son qoyularaq ədalət bərqərar olunmur? Niyə məhkəmə prosesi cavabdehlərin heç birinin məhkəmədə iştirakı təmin edilmədən gizlin şəkildə keçirilir? Niyə Ali Məhkəmə tərəfindən buna göz yumulur? Niyə Ali Məhkəmə rəhbərliyi bu qanunsuz qətnaməni müdafiə edir və ən əsası, niyə bu işin Ali Məhkəmənin Plenumuna çıxarılması məsələsini aylarla uzadır? Niyə Ali Məhkəmə beynəlxalq konvensiya qanunlarını pozaraq ölkə adına ləkə gətirməlidir? Bu həmin fırıldaqçı F. İbrahimovun sifarişidir?
Qazaxıstan Respublikası Manqistau Vilayət Məhkəməsinin İbrahimov Fikrət Vəli oğlunun Rəhimli Vüsalə Mahmud qızına borcunu təsdiqləyən qanuni Qətnaməsini tanımalı olduğu halda, nəyə görə Ali Məhkəmə rəhbərliyi Qazaxıstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə zidd olaraq bu Qətnaməni əsassız və qanunsuz olaraq təftiş edir və tanınmasından heç bir əsas göstərilmədən imtina edir?
Niyə ayrı-ayrı şəxslərin və fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən, lakin mötəbər bir şəxsin yaxın qohumu olduğu üçün F. İbrahimovun çirkin maraqları, ölkə qanunlarından və həmçinin beynəlxalq hüquq normaları və qanunlarından üstün tutulur? Niyə hətta möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsinə dair verdiyi fərmandan sonra da bu ədalətsizliklərə və qanunsuzluqlara son qoyulmur?
Artıq bir ilə yaxındır ki, bu fırıldaqçı F. İbrahimovun sifarişi ilə Azərbaycan məhkəmələri mənim və ailə üzvlərimin başına olmazın faciələr gətirirlər. Bu saxta məhkəmə qətnamələri icraya yönəldilərək bizə zülm edilir, borclu kimi ölkə hüdudlarından qırağa çıxmağa qadağalar tədbiq olunur. Niyə öz vətəndaşlarımıza, indiyə qədər heç kimin haqqına girməyən, illər boyu öz xalqına və ölkəsinə vicdanla qulluq edən, millətini, dövlətini sevərək onları ölkə hüdudlarından qıraqda da layiqincə tərənnüm edən bir ziyalıya, elmlər doktoru və iş adamına, həmçinin onun ailəsinə qarşı bu qədər haqsızlıqlar törədilməlidir? Bir fırıldaqçının sifarişi ilə heç bir günahı olmayan insanlara qarşı bu qədər haqsızlıqların törədilməsini necə qəbul etmək olar?
Biz başqa bir şey istəmirik, ancaq öz konstitusiya haqlarımızı tələb edərək, bu işin qanunauyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini və həmçinin beynəlxalq konvensiya, Qazaxıstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə uyğun olaraq Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsini istəyirik!
Yuxarıda göstərilənləri nəzərə alaraq təkrar olaraq yazıb Sizdən məni şəxsən qəbul etməyinizi və həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızı tərəfindən hələ bu ilin əvvəlində verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-142/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərardadının ləğv olunmasına dair konstitusiya şikayətinə tez bir zamanda baxılmasını nəzarətə götürərək bizim konstitusiya hüquqlarımızın bərpa edilməsini xahiş edirik.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:01
Yeni kosmik təyyarənin sınağı uğurlu olub
Bu gün, 14:03
Beynəlxalq axtarışda olan azərbaycanlı Polşada tutulub
Bu gün, 12:17
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:00
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
Dünən, 18:14
Dünyanın ən bol sulu çayları hansılardır?
Dünən, 13:04
İmişlidə karxanada qəza: sürücü ölüb
Dünən, 12:07
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:02
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Dünən, 09:28
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Dünən, 06:01
Dünyanın ən nəhəng abidələri
15-11-2025, 22:22
Bakıda yaşayış binasında yanğın olub - Video
15-11-2025, 09:08
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
14-11-2025, 15:24
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14-11-2025, 14:42
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
14-11-2025, 14:01
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
14-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
14-11-2025, 11:19
Xidmətə yararsız gənci əsgərliyə göndərən həkimlər cəzalandırılıb
14-11-2025, 10:35
Faciəli şəkildə həlak olan jurnalist sabiq məmurun oğlu imiş
14-11-2025, 08:35
Təyyarə qəzasında həlak olan hərbçilərin cənazələri Türkiyəyə gətirilib
13-11-2025, 20:26
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
13-11-2025, 17:03
Qıjı bitkisindən nadir mineral əldə edilib
13-11-2025, 15:21
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
13-11-2025, 15:15
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
13-11-2025, 13:12
MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
13-11-2025, 13:08
Nazir: “Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq”
13-11-2025, 12:22
Təyyarə qəzasında həlak olan son şəhidin cəsədi tapılıb - Fotolar
13-11-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
13-11-2025, 12:08
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib
13-11-2025, 11:09
Sabiq deputat: "Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır"
13-11-2025, 09:09
Mars haqqında yeni elmi məlumatlar əldə edilib - Fotolar
12-11-2025, 17:28
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlanıb
12-11-2025, 16:56
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
12-11-2025, 16:48
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
12-11-2025, 15:03
"UĞUR 777 estetik mərkəzi"nin rəhbərliyinə cinayət işi açılıb
12-11-2025, 14:42
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
12-11-2025, 12:23
Sabahın hava proqnozu açıqlanıb
12-11-2025, 10:00
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub - Video
12-11-2025, 08:21
Süni intellektin məntiqi yaddaşdan güclüdür

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək