19 məhkumun adı Əfv Komissiyasına təqdim olunacaq
Tarix: 22-01-2020 12:52 | Bölmə: Cəmiyyət
19 məhkumun adı Əfv Komissiyasına təqdim olunacaq

“Əfv Məsələləri Komissiyası, eləcə də İşçi Qrupuna daxil olan qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri də öz növbəsində işlərini davam etdirirlər. Bizə daxil olan məlumatlar əsasında məhkumların ailə üzvləri ilə görüşürük. Bunun əsasında biz də müraciət hazırlayırıq. Həmin müraciətlər Komissiyaya təqdim edilib, amma vaxt yaxınlaşdıqca, siyahı yenilənəcək. Biz son siyahını komissiyaya təqdim edəcəyik”.

Reyting.az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda onlar tərəfindən qeydə alınan müraciətlərin sayı 19-a qədərdir: “Amma bu, son və dəqiq siyahı deyil. Hazırda siyahıda təxminən 19 nəfər var. Ötənilki əfv sərəncamı ilə siyahımızda olanların əksəriyyəti azadlığa çıxdı. Ümid edirik ki, növbəti sərəncamla da azadlıq haqqı olanlar əfvə düşəcəklər”.

S. Bənənyarlı qeyd edib ki, məhkəmələri davam etdiyindən bu siyahıya Nardaran və Gəncə məhbusları daxil edilməyib. Onların işi ayrı aparılır.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlamasında ölkə başçısının konstitusion səlahiyyətlərindən istifadə edərək, Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalayacağının gözlənildiyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}