21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Koronavirusa görə Bakıdakı xəstəxanada 2 nəfər var
Tarix: 14-02-2020 10:25 | Bölmə: Cəmiyyət
Koronavirusa görə Bakıdakı xəstəxanada 2 nəfər var

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Reyting.az
-a daxil olan məlumata görə, Kliniki Tibbi Mərkəzdən bildiriblər ki, fevralın 14-ü üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var:

"Xəstəxanaya yerləşdirilən ikinci şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər