Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat etdi
Tarix: 26-06-2020 17:34 | Bölmə: Cəmiyyət
Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat etdi

Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib.

Reyting.az
xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezident İlham Əliyevin 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.(Report)

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}