Dövlət Komitəsi memarlara müraciət edib - Video
Tarix: 05-10-2020 13:28 | Bölmə: Cəmiyyət
Dövlət Komitəsi memarlara müraciət edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və əməkdar memar Rasim Əliyev memarlara video müraciət ünvanlayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müraciətində bildirib ki, bu il Dünya Memarlıq Günü Vətənimiz və Xalqımızın böyük çağırışlarla üz-üzə durduğu bir dövrə təsadüf edir:

“Ali Baş Komandanın qətiyyətli əmrini yerinə yetirən Azərbaycan Ordusunun nailiyyətləri, uzun illər işğal altında olan doğma torpaqlarımızın azad edilməsi hər birimizə qürur və sevinc hisslərini yaşadır, bizi qələbəyə aparır. Düşmən tapdağından azad olunan yaşayış məntəqələrimizi yenidən qurmaq, tarixi memarlıq abidələrimizi bərpa etmək, yeni infrastruktur yaratmaq, abadlaşdırma və quruculuq işlərini təşkil etmək üçün memarlarımızın üzərinə xüsusi məsuliyyət düşəcək.

Əminəm ki, bu məsuliyyətin öhdəsindən böyük həvəs və şərəflə çalışacağıq. Haqqın və tarixi ədalətin bərpa olunması üçün çıxdığımız bu zəfər yolunda inamla irəliləyən xalqımızı, Azərbaycan əsgərini əldə etdiyi uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Səbrsizliklə gözlədiyimiz böyük qələbə gününü tezliklə qeyd etmək şərəfinə birlikdə nail olacağımıza inanıram”.



Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər