Parisin mərkəzində atəş açıldı: İki nəfər yaralanıb
Tarix: 07-10-2018 15:45 | Bölmə: Dünya
Parisin mərkəzində atəş açıldı: İki nəfər yaralanıb

Oktyabrın 7-də səhər Parisin mərkəzindəki V Qevorq küçəsindəki atışmada iki nəfər yaralanıb.

Reyting.az-ın verdiyi xəbərə görə, yaralananlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fransa paytaxtının polisinin cinayət işləri üzrə briqadası araşdırma aparır.

İnsident yerli vaxtla saat 06:15-də “Qevorq V”, “Uels şahzadəsi” kimi dəbdəbəli mehmanxanaların, eləcə də kilsə və Çin səfirliyinin yerləşdiyi küçədə qeydə alınıb.

Cilahlı hücum obyekti sürücünün və sərnişinin olduğu avtomobildir. Polis əməkdaşları hadisə yerinə gələndə xəsarət alanlar huşusuz vəziyyətdə olublar. Onların vəziyyəti kritik qiymətləndirilir.

Hücum edənlər polis gələnə qədər aradan çıxıblar, onların axtarıçına başlanılıb. Paris prokuroru da hadisə yerinə gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}