Krıma PUA hücumları olub
Tarix: 10-08-2023 10:02 | Bölmə: Dünya
Krıma PUA hücumları olub

Bu gün gecə saatlarında işğal altında olan Krımda partlayış səsləri eşidilib. Rusiya tərəfi iddia edir ki, pilotsuz uçuş aparatları (PUA) Sevastopola hücum edib.

Reyting.az
bildirir ki, Rusiya Müdafiə Nazirliyinin Telegram-da verdiyi məlumata görə, yarımadanın Saki rayonunda partlayış səsləri eşidilib.

Rusiya Federasiyasının Krımdakı hakimiyyəti hava hücumundan müdafiə sistemlərinin Sevastopol yaxınlığında iki PUA-nı vurduğunu bildirir. Daha 9 pilotsuz təyyarənin elektron müharibə avadanlığı ilə vurulduğu qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi dağıntı və qurbanların olmadığını bildirir.

Xatırladaq ki, avqustun 9-da da yarımadada partlayış səsləri eşidilib. Xüsusilə, Sevastopol körfəzi ərazisində tüstü qeydə alınıb. Təsdiqlənməmiş məlumatlara görə, Feodosiya limanı yanır, lakin yerli hakimiyyət bunların Krımda keçirilən “məşqlər” olduğunu iddia edir.

İyulun sonunda Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin tezliklə yarımadanın ərazisində olacağını demişdi. Hərbi ekspert Roman Svitan hesab edir ki, ukraynalı əsgərlər tezliklə işğal olunmuş Krıma daxil ola bilərlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}