16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
İsrail Rusiyanın hava bazalarından birinə zərbələr endirib
Tarix: 14-09-2023 17:04 | Bölmə: Dünya
İsrail Rusiyanın hava bazalarından birinə zərbələr endirib

İsrail hərbi hava qüvvələrinin Aralıq dənizi sahilindəki Rusiya hərbi-dəniz bazasının yerləşdiyi Tartus liman şəhərinə (Suriya) endirdiyi zərbə nəticəsində 2 suriyalı hərbçi ölüb, 6 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi məlumat yayıb.

Zərbənin hava hücumundan müdafiə mövqelərinə endirildiyi iddia edilir.

Suriya ordusu bildirib ki, İsrail raketləri Həma şəhərinin kənarlarını vurub və həm də müəyyən qədər maddi ziyana səbəb olub.

“Röyter” agentliyi Suriya müxalifətindəki mənbəyə istinadla bildirir ki, sonuncu zərbə Həmanın cənubundakı hərbi baza və Homs əyalətinin cənub-qərbindəki Əl-Şeyrat hərbi hava limanının yaxınlığına vurulub.

“Baza Əsədin əsas müttəfiqi olan Rusiyanın möhkəmləndirdiyi və üsyançılara qarşı reydlərin təşkili üçün istifadə etdiyi ölkənin əsas hava bazalarından biridir. İsrail son illərdə Suriyadakı İran hədəflərinə yüzlərlə zərbə endirib, lakin sahilboyu zərbələrdən böyük ölçüdə yayınıb. Çünki sahilboyu ərazilərdə Rusiyanın hərbi qüvvələri cəmləşib”,- “Röyter” yazıb.

Bu epizodla bağlı İsrail rəsmilərindən heç biri şərh verilməyib. Hərbi ekspertlər hesab edirlər ki, zərbələr İranın Suriyada yüksəlişini yavaşlatmaq məqsədi daşıyan prosesin bir hissəsidir.

Suriyada Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” qrupunun qalıqları arasında daha bir insident baş verib. Afrika ölkələrində muzdlularını rotasiya etmək cəhdi zamanı “Vagner” təyyarənin Suriyadakı Rusiya hərbi aerodromuna aralıq eniş etməyi planlaşdırsa da, Rusiya hərbçiləri buna razılıq verməyib, hətta təyyarəni vurmaqla hədələyiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}