16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Rusiya iki amerikalı diplomatı ölkədən çıxarır
Tarix: 14-09-2023 19:01 | Bölmə: Dünya
Rusiya iki amerikalı diplomatı ölkədən çıxarır

Amerikanın Rusiyadakı səfirliyinin birinci və ikinci katibləri məxfi məlumatların toplanmasında iştirak etdiklərinə görə “persona non-qrata” elan ediliblər.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı bununla bağlı ABŞ səfiri Lin Treysiyə məlumat verib.

Qovulma qərarı ABŞ-ın Moskvadakı səfirliyinin birinci katibi Ceffri Sillin və səfirliyin ikinci katibi Devid Bernşteynə aiddir.

“Həmin şəxslər xarici dövlətlə “məxfi əməkdaşlıqda” ittiham olunan, Rusiya Federasiyasının milli təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyan maliyyə təzminatının ödənilməsi üçün tapşırıqlar verilmiş Rusiya vətəndaşı Robert Şonovla əlaqə saxlamaqla qanunsuz fəaliyyət göstəriblər”, - deyə Rusiya XİN-nin məlumatında bildirilir.

Sillin və Bernşteynə yeddi gün ərzində Rusiyanı tərk etmək əmri verilib.

Qeyd edək ki, ABŞ-ın Vladivostokdakı baş konsulluğunun bu ilin avqustunda saxlanılan keçmiş əməkdaşı rusiyalı Robert Şonova qarşı Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaqında iki amerikalı diplomatın adı hallanır.

FTX iddia edir ki, 2022-ci ilin sentyabr ayından Şonov Rusiyada səfərbərlik, “problemli məsələlər və onların əhalinin etiraz fəallığına təsirini qiymətləndirmək” barədə “maddi təzminat üçün” məlumat toplayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}