14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Rusiya vətəndaşları “rəqəmsal pasport”la gəzəcək
Tarix: 18-09-2023 22:55 | Bölmə: Dünya
Rusiya vətəndaşları “rəqəmsal pasport”la gəzəcək

Rusiya prezidenti Vladimir Putin rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə hallarını və prosedurlarını müəyyən edən “rəqəmsal pasport” haqqında fərman imzalayıb. Reyting.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Xatırladaq ki, Putin bu ideyanı fevral ayında hökumət üzvləri ilə görüşdə dəstəkləmişdi. Daha sonra Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev “gündəlik sadə vəziyyətlərdə” əksər hallarda orijinal pasport əvəzinə smartfondan istifadə etməyə imkan verəcək texnologiyadan danışıb. Eyni zamanda, fərman layihəsinin hazırlanmasına başlanılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}