Ağ Ev: “Çinin Rusiyaya silah ötürməsinə dair heç bir əlamət yoxdur”
Tarix: 19-09-2023 00:01 | Bölmə: Dünya
Ağ Ev: “Çinin Rusiyaya silah ötürməsinə dair heç bir əlamət yoxdur”

Çinin Rusiyaya silah tədarük etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur. Reyting.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ Çinin hesablamalarını dəyişdiyinə və ya Rusiyaya, Rusiya Silahlı Qüvvələrinə öldürücü vasitələr vermək qərarına gəldiyinə dair heç bir əlamət görmür.

C. Kirbi əlavə edib ki, ABŞ bu məsələdə vəziyyəti izləməyə davam edəcək.

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı (Aİ) ölkələrinin Çindən texnoloji asılılığı 2030-cu ilə qədər arta bilər. Söhbət əsasən regiona Çindən litium-ion batareyaları və yanacaq elementlərinin tədarükündən gedir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}