Ankarada əməliyyat: PKK-nın 9 üzvü saxlanılıb
Tarix: 19-09-2023 11:34 | Bölmə: Dünya
Ankarada əməliyyat: PKK-nın 9 üzvü saxlanılıb

Türkiyənin paytaxtı Ankarada terror təşkilatı PKK-ya qarşı növbəti əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, separatçı terror təşkilatı PKK ilə bağlı aparılan araşdırmalar çərçivəsində daha 9 şübhəli haqqında həbs qərarı çıxarılıb:

Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində PKK/KCK/YPG adına fəaliyyət göstərdiyi təsbit edilən 9 şübhəlinin tutulmasına qərar verilib. Bu istiqamətdə əməliyyat davam edir.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}