20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır
Tarix: 29-09-2023 19:07 | Bölmə: Dünya
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır

Almaniya, Polşa və Çexiyanın daxili işlər nazirləri “qeyri-insani qaçaqmalçılıq”la effektiv mübarizə aparmaq üçün Avropolun himayəsi altında işləyəcək birgə işçi qrup yaratmaq barədə razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə cümə günü Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib.

Feserin Çexiyanın daxili işlər naziri Vit Rakuşan və polşalı nazir Mariusz Kaminski ilə koordinasiya edəcəyi birgə işçi qrup Avropol-un EMPACT proqramının himayəsi altında cinayət təhdidlərinə qarşı mübarizə aparacaq.

Xatırladaq ki, Almaniya bu həftə qanunsuz miqrantların gizli keçidi ilə mübarizə üçün Polşa və Çexiya ilə sərhədlərdə yoxlamaları gücləndirib. Polşa da öz növbəsində Slovakiya ilə sərhəddə yoxlamalara başlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər