20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiya və Fransa Ermənistanın Roma Əsasnaməsini ratfikasiya etməsinə fərqli reaksiya verib
Tarix: 03-10-2023 18:25 | Bölmə: Dünya
Rusiya və Fransa Ermənistanın Roma Əsasnaməsini ratfikasiya etməsinə fərqli reaksiya verib

“Kreml Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərindən heç vaxt imtina etməsini istəməzdi”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.



“Əlbəttə, biz istəməzdik ki, prezident nədənsə bir gün Ermənistana səfərindən imtina etsin”,- o, “İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməsinin Rusiya prezidentinin Ermənistana səfərdən imtina edəcəyi anlamına gəlirmi”,- sualına cavabında deyib.



Rusiyadan fərqli olaraq Fransa Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etmək qərarını alqışlayır. Fransanın xarici işlər naziri Ketrin Kolonna bəyan edib ki, Ermənistan parlamentinin Roma Əsasnaməsini ratifikasiya etməsi və bununla da Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv dövlət olmasına icazə verilməsi barədə qərarı müsbət addımdır: “Cinayətlərə görə cəzasızlıqla mübarizə sülh və sabitliyin şərtlərindən biridir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər