Misir prezidenti ABŞ generalı ilə İsraillə HƏMAS arasındakı müharibəni müzakirə edib
Tarix: 19-10-2023 16:44 | Bölmə: Dünya
Misir prezidenti ABŞ generalı ilə İsraillə HƏMAS arasındakı müharibəni müzakirə edib

Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurillanə qəbul edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Misir Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, görüşdə Qəzza zolağında baş verən hadisələri və ortaq əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.

Sisi böhrana nəzarət etmək və gərginliyin təhlükəli istiqamətlərə keçməsini dayandırmaq üçün beynəlxalq ictimaiyyətin birgə səy göstərilməsinin vacibliyini vurğulayıb.

"Sülh və təhlükəsizlik içində yan-yana yaşayan iki dövlətli həllə əsaslanan sülh prosesinin canlandırılması"nın zəruriliyini dilə gətirən Sisi Qəzza zolağında Fələstin xalqına humanitar yardımların müntəzəm çatdırılmasının vacibliyinə diqqət çəkib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək, eləcə də regionda baş verən proseslər fonunda müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparıblar.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}